Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Millət vəkili Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşünü keçirdi

Xezertv.info xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Məlahət İbrahimqızı hər ay olduğu kimi bu ay da seçicilərlə ənənəvi görüşünü keçirib. Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında baş tutan qəbulda 21 saylı Nəsimi–Binəqədi seçki dairəsi üzrə yaşayan seçicilər iştirak ediblər.
Görüş zamanı millət vəkili vətəndaşların müxtəlif sahələrə aid müraciətlərini diqqətlə dinləyib, onların problemlərinin aradan qaldırılması istiqamətində müvafiq dəstəyin göstərilməsi üçün zəruri addımlar atıb. Qəbula gələn seçicilər sosial təminat, məşğulluq, mənzil və kommunal xidmətlərlə bağlı məsələləri qaldırıblar. Məlahət İbrahimqızı hər bir müraciəti fərdi qaydada nəzərdən keçirərək, vətəndaşlara hüquqi və praktiki yardımın göstərilməsi üçün aidiyyəti qurumlarla əlaqələndirmələr aparılacağını bildirib.
Millət vəkili görüşdə qeyd edib ki, vətəndaşlarla mütəmadi təmasda olmaq onların sosial problemlərinin daha dərindən öyrənilməsinə və operativ şəkildə həllinə imkan yaradır. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsidir və bu istiqamətdə Milli Məclis üzvləri üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirirlər.
Seçicilər isə millət vəkilinə diqqət və qayğıya, göstərilən real dəstəyə görə təşəkkürlərini bildiriblər. Onlar qeyd ediblər ki, Məlahət İbrahimqızının seçicilərlə səmimi və daimi əlaqəsi onların etimadını daha da möhkəmləndirir.
Əlaqə telefonu: +99450 255-21-42
E-mail: [email protected] / [email protected] / [email protected].
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri,
AJB-nin üzvü
























































