Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 09:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 09:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

13 Ekm 09:19Manşet / Gündəm / Siyasət

Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"

Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"

"2028-ci ildən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq".

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.

O xatırladıb ki, 2024-cü ilin dekabr ayında Azərbaycanla Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş bağlanılıb:

"Sazişə əsasən, müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcmi 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcm, tərəflərin müvafiq qərarı qəbul edildikdən sonra isə azı 15 milyon ton təşkil edəcək".