Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Dünyanın ən bahalı ədviyyatıdır, artıq istifadə etsəniz...

Zəfəran kəskin ətirli, azacıq acı dada malik ədviyyatdır. Əsasən, plov, ət, dəniz məhsulları və şirniyyatlarda istifadə edilir. Lakin həkimlər zəfəranı ən çox bir çay qaşığı istifadə etməyi məsləhət görürlər.
“Qafqazinfo” xəbər verir ki, bu ədviyyatın bir çox faydaları var.
Zəfəran əzələ spazmından, qaşıntıdan və iltihabdan azad olmağa kömək olur. Bundan əlavə, zəfəran aclıq hissini azaldır. Bu isə arıqlamaq üçün pəhriz saxlayan insanların köməyinə gələcək. Zəfəranın ətri esterogenin miqdarını artırır, qadınlarda isə kortizol səviyyəsini azaldır. Əsasən də depressiya, qayğı, yaddaş zəifliyi və nevroloji xəstəliklərə qarşı faydalıdır.
C vitamini, maqnezium, dəmir, kalsiumla zəngin olan zəfəran qandakı şəkər miqdarını tənzimləyir. Toxuma, sümük və hormonların inkişafını tənzimləyir. Tərkibində olan B6 vitamini qırmızı qan kürəciklərinin yaranmasına kömək olur. Zəfəran bronxial astmanın əlamətlərini və iltihabı da aradan qaldırır.
Həftədə 3 dəfə südlü zəfəran istifadə edən kişilərdə spermatazoid hərəkətliliyi artır.
Zəfəran, eyni zamanda, dəri və qaraciyər xərçənginin qarşısını alır. Yaşla bağlı yaranan görmə zəifliyini aradan qaldırır və katarakt yaranmasının qarşısını alır.
Həkimlər hamilələrə qətiyyən zəfərandan istifadə etməmələrini tövsiyə edir. Bu, dölə toksiki təsir göstərə bilər. Həmçinin, 10 qr zəfəranın birdən istifadəsi dölün düşməsinə səbəb olur.
Zəfəranı çox miqdarda, aşırı və uzun müddət, eləcə də, ağır xəstəliklərdə həkim məsləhəti olmadan istifadə etmək düzgün deyil. Faydasından çox zərəri ola bilər. Məsələn, dəmləməsində cəmi yarım qram -1 qram zəfəran istifadə edilsə, daha dəqiq desək, cəmi 1-2 sap zəfəran yetərlidir. 3-4 qram zəfəranın orqanizmə qəbulu zəhərlənmə verir.
Qeyd edək ki, zəfəran UNESCO-nun Ümumdünya İrs Siyahısındadır və dünyanın ən bahalı ədviyyatıdır.























































