Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
“Mən onun nə istədiyini bilirəm”

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin uzanmasının günahını Rusiya lideri Vladimir Putində görüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında söyləyib.
Trampın sözlərinə görə, Vladimir Putin müharibəni qısa müddətdə başa çatdırmalı idi, lakin konfrontasiya artıq dördüncü ilə keçib:
“Putin bu müharibəni bir həftəyə qazanmalı idi. İndi isə o, sadəcə olaraq, münaqişəyə son qoymaq istəmir”.
ABŞ Prezidenti həmçinin yaxın vaxtlarda Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcəyini və Kiyevə yeni silahların, o cümlədən “Tomahawk” raketlərinin verilməsini müzakirə edəcəyini əlavə edib:
“Mən Zelenskinin nə istədiyini bilirəm. O, “Tomahawk” istəyir, çünki onların silaha ehtiyacı var. Bizdə isə onlardan çoxdur”.
Sonda Tramp vurğulayıb ki, hələ də Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin “yaxşı səviyyədə” olduğunu düşünür.
Xatırladaq ki, bundan öncə ABŞ lideri ukraynalı həmkarı ilə oktyabrın 17-də sözügedən məsələ ilə bağlı görüşmək istədiyini söyləmişdi.




















































