Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Arı zəhəri də müalicəvi imiş...

Rusiya Səhiyyə Nazirliyinin N.N. Bloxin adına Onkologiya Mərkəzinin alimləri arı zəhərinin əsas komponenti – melittinin xərçəng müalicəsində istifadə oluna biləcəyini müəyyən ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, melittin az miqdarda istifadə edildikdə xərçəng hüceyrələrinin əksəriyyətini məhv edir, lakin sağlam hüceyrələrə zərər vurmur. Maddə xərçəng hüceyrələrinin səthindəki spesifik reseptorlarla qarşılıqlı əlaqəyə girərək onların “özünü məhv etmə” prosesini – apoptozu işə salır.
Tədqiqatçılar melittinin toksikliyini azaltmaq üçün onun molekullarını nanoquruluşlarda “bükmə” üsulu hazırlayıblar. Onların fikrincə, bu yanaşma maddənin bədən üçün təhlükəsiz şəkildə şişə yönləndirilməsinə imkan verir.
Laboratoriyada aparılan sınaqlar göstərib ki, melittin mədə, dəri, qaraciyər, mədəaltı vəzi və beyin mənşəli şiş hüceyrələrinin artımını əhəmiyyətli dərəcədə azaldır. Alimlər hesab edirlər ki, bu istiqamətdə aparılan işlər nəticəsində yaxın gələcəkdə xərçəngə qarşı yeni nəsil dərmanların yaradılması mümkün ola bilər.























































