Menu
Xəbər Lenti
15 Ekm 06:36Manşet / İqtisadiyyat

Qızılın qiyməti tarixi rekordu yenilədi

qizilin-qiymeti-tarixi-rekordu-yeniledi

Nyu-York Ticarət Birjasının “Comex” bölməsində 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə 4 200 dollar həddini keçib.

“Qafqazinfo”nun ticarət platformalarına istinadən məlumatına görə, Bakı vaxtı ilə saat 05:12-də bir troya unsiyası üçün qızılın qiyməti 4 202,4 dollar olub ki, bu da 0,64%-lik artım deməkdir.



Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.


Beş dəqiqə sonra isə qiymət bir qədər geriləyərək 4 199,8 dollara düşüb (+0,58%).

Bu göstərici qızılın qiymətində yeni tarixi maksimum sayılır.