Xəbər Lenti
Dün, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Dün, 07:28
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
2-02-2026, 17:36
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
2-02-2026, 08:45
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
“Atəşkəsə əməl etməyəcəklərsə, İsrail yenidən başlayacaq”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS atəşkəs sazişinə əməl etməzsə, İsrail “özünün dediyi anda” hərəkətə keçərək münaqişəni yenidən başlada bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o CNN-ə müsahibəsində söyləyib.
O, söyləyib ki, HƏMAS ilə bağlı hər hansı problem olduqda, administrasiyası bunu sürətlə həll etməyə çalışacaq.
ABŞ Prezidenti həmçinin HƏMAS-ın Qəzzada dəstələrlə mübarizə apardığını qeyd edib:
“Əgər HƏMAS silahlarını təhvil verməzsə, ABŞ və tərəfdaşları onları silahsızlandıracaq”.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qassam” batalyonu isə atəşkəs sazişinə sadiq olduqlarını bildirərək, qalan İsrail əsirləri və meyitlərinin çıxarılması üçün xüsusi avadanlıq və səylərin lazım olduğunu qeyd edib.






















































