Xəbər Lenti
15-08-2026, 17:24
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
15-08-2026, 12:04
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
İstanbulda dəhşət - Çayxananı gülləbaran etdi

İstanbulun Esenyurt rayonunda silahlı insident yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hadisə Sultaniyə məhəlləsindəki çay evində baş verib.
İlkin məlumata görə, axşam saatlarında avtomobillə gələn və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş bir nəfər çay evində oturan gəncləri hədəfə alaraq avtomat silahla atəş açıb. Daha sonra silahlı şəxs ətrafdakı avtomobillərə doğru atəş açmağa davam edərək, hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, hadisə zamanı ölən və yaralanan olmayıb. Silahlı hücumla bağlı cinayət işi açılıb.























































