Menu
Xəbər Lenti
Quterreş ona zəng etdi
Bugün, 05:04

Quterreş ona zəng etdi

Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

16 Ekm 06:32Manşet / Cəmiyyət

Hər axşam bir mandarin yeyin...

her-axsam-bir-mandarin-yeyin

Qış mövsümünün meyvələrindən sayılan mandarinin (naringi) insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə etsəniz, həm artıq çəki almanıza mane olacaq, həm də sizi bir sıra xəstəliklərdən qoruyacaq.

“Qafqazinfo” mandarinin faydalarını təqdim edir:

Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla, istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyər.

Madarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda, xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur.

Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin ömür boyu sağlamlığınızı təmin edir.

Ayrıca olaraq naringi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir.

Sinirləri sakitləşdirən mandarin qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir.

Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir.

İmmunitet sistemini gücləndirən bu meyvəni cem hazırlayarkən də istifadə edə bilərsiniz. Bundan başqa, qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz.