Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Məşhur uşaq pudraları xərçəng yaradır? - Minlərlə şikayətçi var

Böyük Britaniyada 3,000 nəfər “Johnson & Johnson” şirkətinə qarşı 1 milyard funt sterlinq dəyərində iddia qaldırıb.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb şirkətin məşhur uşaq pudralarının tərkibinin bilərəkdən dəyişdirilməsi ilə bağlı şikayətlərdir.
Çoxsaylı şikayətçilər bildirir ki, şirkətin illərdir satdığı “talk” əsaslı (red.-talk əsaslı pudra-dərini quru və hamar saxlamaq üçün işlədilən, təbii mineral olan talkdan hazırlanan incə tozdur) uşaq pudraları qəsdən “asbest” adlı maddə ilə çirkləndirilib ki, bu da xərçəng riski yaradır.
“İndependent”in məlumatına görə, iddiaçılar arasında yumurtalıq xərçəngi və mezotelyoma xəstəliyinə tutulanlar, həmçinin onkoloji xəstəliklərdən ölən şəxslərin ailə üzvləri var.
Onlar sözügedən məhsuldan 1960-cı illərdən etibarən istifadə etdiklərini bildirirlər.
İddianamədə deyilir ki, “Johnson & Johnson” hələ 1960-cı illərdə məhsullarda “asbest” izlərinin mövcudluğunu bilib, amma bu haqda istehlakçılara xəbərdarlıq etməyib.
Məşhur şirkət isə, qeyd olunan iddiaları rədd edir. Bildirilir ki, pudra bütün tənzimləyici standartlara cavab verir, “asbest” tərkibli deyil və xərçəngə səbəb olmur.
O da qeyd olunur ki, “J&J” 2020-ci ildən ABŞ və Kanadada, 2023-cü ildə isə qlobal miqyasda “talk” əsaslı pudranın satışını dayandırıb.
Qeyd edək ki, şirkətlə bağlı öncəki illərdə də bu tipli çoxsaylı şikayətlər və iddialar qaldırılıb.
London Ali Məhkəməsində başlanan işlə bağlı yekun qərar hələ elan olunmayıb.
Məlumat üçün bildirək ki, sözügedən firmanın məhsulları Azərbaycanda da satılır.

























































