Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Kazinoda 1,4 milyon dollar qazandı

ABŞ-nin İllinoys ştatının milyarder qubernatoru Cey Robert (JB) Pritsker ötən il Las-Veqas kazinosunda “blackjack” oyununda 1,4 milyon dollar qazanıb.
“Qafqazinfo” xəbər verir ki, bu fakt “NBC News”un yaydığı gəlir bəyannaməsindən məlum olub.
Məlumata görə, 2028-ci il prezident seçkilərinə namizədliyini irəli sürməyə hazırlaşan Pritsker qazandığı məbləği xeyriyyə təşkilatlarına bağışlamağı planlaşdırır.
O, həmçinin poker oyununa da maraq göstərir və xeyriyyə məqsədli poker turniri təsis edib. Qubernator və həyat yoldaşı ötən il üçün ümumilikdə 10,6 milyon dollar gəlir bəyan ediblər.
Qeyd edək ki, demokratların üzvü olan JB Pritsker qumar həvəsi ilə bağlı iddialar fonunda, həmçin Ağ Evin siyasətini sərt tənqid edən siyasətçilərdən biri kimi tanınır.




















































