"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Əsədin taleyi ilə bağlı suala cavab vermədi

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Suriya Prezidenti Əhməd əl-Şaraa ilə Vladimir Putin arasında Moskvada keçirilən görüşdə Bəşər Əsədin taleyinin müzakirə olunub-olunmadığına dair suala cavab verməkdən imtina edib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Peskov brifinq zamanı Kremlin Əsədin Dəməşqə təhvil verilməsi ilə bağlı hər hansı şərhinin olmadığını bildirib.
Qeyd edək ki, Vladimir Putin və Əhməd əl-Şaraa arasında ilk dəfə keçirilən görüş Kreml sarayında baş tutub və təxminən iki saat yarım davam edib. Peskovun sözlərinə görə, danışıqların gündəliyində Suriyadakı Rusiya hərbi bazalarının gələcək statusu da olub, lakin o, əlavə təfərrüat açıqlamayıb.
Xatırladaq ki, bundan öncə Almaniyanın “Die Zeit” qəzeti yazmışdı ki, Bəşər Əsəd ailəsi ilə birlikdə “Moskva-Siti” kompleksində yaşayır. Bundan başqa, eks-Prezident günün çox hissəsini kompüter oyunları oynayaraq keçirir və siyasi proseslərdən tamamilə uzaqlaşıb.






















































