Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
AVMVİB sədri Füzuli Rzaquliyevin Müstəqillik Günü münasibətilə təbriki
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 18 Oktyabr — Müstəqillik Günümüz münasibətilə xalqımızı, bütün müharibə veteranlarını, şəhid ailələrini və Azərbaycan xalqının azadlığı uğrunda mübarizə aparan hər kəsi təbrik etmişdir. Təbrikdə deyilir:
«Bu gün biz dövlət müstəqilliyimizin bərpasının 34-cü ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. 1991-ci ilin bu tarixi günü Azərbaycan xalqı əsrlər boyu arzuladığı azadlıq və suverenliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün xalqımız çox böyük sınaqlardan keçdi.
Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndi, ölkəmiz beynəlxalq aləmdə öz layiqli yerini tutdu, milli həmrəyliyimiz bərpa olundu. Onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə də bu siyasətin məntiqi nəticəsidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq biz hər zaman dövlətimizin, xalqımızın və Ali Baş Komandanımızın yanındayıq. Müstəqilliyimizin əbədiliyi və dövlətimizin qüdrəti uğrunda çalışmaq hər birimizin müqəddəs vəzifəsidir.
Bu əziz gündə bir daha bütün xalqımıza sülh, rifah və yeni zəfərlər arzulayıram. Qoy üçrəngli bayrağımız daim azad səmalarda dalğalansın!»
AVMVİB-in Mətbuat xidməti






















































