Menu
Xəbər Lenti
Laçına qar yağır
Bugün, 08:54

Laçına qar yağır

Füzuli Şəhəri Günüdür
17-10-2025, 05:51

Füzuli Şəhəri Günüdür

Zelenski ABŞ-yə getdi
17-10-2025, 05:49

Zelenski ABŞ-yə getdi

21 Ekm 08:45Manşet / Gündəm / İdman

Abubakar “Neftçi”də nə qədər maaş alacaq?

abubakar-neftcide-ne-qeder-maas-alacaq

“Neftçi”nin heyətinə qatdığı məşhur futbolçu Vensan Abubakarın Bakı klubunda alacağı məvacib müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamerun millisinin forvardı “ağ-qaralar”dan illik 500 min dollara (850 min manat) yaxın gəlir əldə edəcək. 

“Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda çıxış etmiş 33 yaşlı oyuçunun aşağı maaşla Azərbaycan təmsilçisinə keçməsi maraq doğurur.

“Neftçi” də Abubakara yüksək maaş təklif etməyib. “Ağ-qaralar” büdcəyə uyğun olaraq şərtlər irəli sürüb və cavabını gözləyib. Sonda afrikalı forvard ölkəmizdə oynamağa qərar verib. 

V.Abubakar “Neftçi” ilə anlaşmazdan əvvəl klubun hədəfləri və bazası ilə maraqlanıb. 

Baza və infrastrukturla tanış olduqdan sonra isə Azərbaycanda oynamağa razılaşıb.