Menu
Xəbər Lenti
Laçına qar yağır
21-10-2025, 08:54

Laçına qar yağır

Mərakeşdən tarixi uğur
20-10-2025, 08:54

Mərakeşdən tarixi uğur

23 Ekm 05:49Manşet / Şou-biznes

42 yaşında evlənməyə qərar verdi

42-yasinda-evlenmeye-qerar-verdi

Məşhur rusiyalı reper Timati 42 yaşında ailə həyatı qurmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda reperin prodüseri Sergey Dvortsov “Strasti” portalına açıqlamasında bildirib.

O, Timatinin özündən 20 yaş kiçik model sevgilisi Valentina İvanova ilə nikah bağlamağı planlaşdırdığını təsdiqləyib.

Prodüser bildirib ki, mərasimin çox təmtəraqlı və möhtəşəm şəkildə keçiriləcəyi gözlənilir.

“Toy çox fərqli olacaq,” – deyə o reperin pərəstişkarlarının marağını daha da artırıb.

S. Dvortsov həmçinin mətbuatda yayılan xəyanət iddialarını təkzib edib və reperin sevgilisinə sadiq olduğunu vurğulayıb.

Qeyd edək ki, Timati ilə Valentina İvanovanın münasibəti sosial şəbəkələrdə tez-tez müzakirə mövzusuna çevrilir.