Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
24 Ekm 07:30Manşet / İqtisadiyyat
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.
“Qafqazinfo” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.
Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.




















































