"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Pezeşkian və Hatəmidən eyni mesaj - “Neft var, inkişaf yox...”

“Nefti olmayan Türkiyənin turizm gəlirləri ümumi neft gəlirlərimizdən çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın sabiq Prezidenti Məhəmməd Hatəmi Yəzd şəhərinə səfəri zamanı deyib.
O, Türkiyənin neft ölkəsi olmamasına baxmayaraq, turizm və sənayedə ölkəsindən daha yüksək səviyyələrə çatdığını deyib.
Hatəmi İran iqtisadiyyatının neftdən asılı olmasından da şikayətlənib:
“Körfəz ölkələrinin elm və texnologiya sərmayələrini unudun, turizm gəlirlərimizi onlarla müqayisə edin. Biz fərqli xəyallar arxasınca getdik. Biz regionun digər ölkələrindən geri qaldıq. Raket proqramımız sayəsində inkişafımız ancaq hərbi sahədə oldu. Buna görə də hərbi sahədə digər göstəricilərdə üçüncü yerdəyik”.
Qeyd edək ki, İranın hazırkı Prezidenti Məsud Pezeşkian da ötən həftə Urmiya şəhərində etdiyi çıxışda ölkəsindəki iqtisadi sistemi tənqid edərək, “Türkiyə, Yaponiya və Koreyanın nefti, qazı yoxdur, amma bizdən daha yaxşı vəziyyətdədirlər” demişdi.






















































