Menu
Xəbər Lenti
Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

“Maska”nın aktyoru öldü
13-12-2025, 11:30

“Maska”nın aktyoru öldü

28 Ekm 05:19Manşet / Dünya

Finlandiyada zoopark 1 avroya satıldı

finlandiyada-zoopark-1-avroya-satildi

Finlandiyanın şimal-qərbində yerləşən Ehtari zooparkı iflasdan sonra 1 avroya satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

“Sövdələşməyə əvvəllər zooparkın idarə etdiyi torpaq və daşınmaz əmlak, zooparkdan və fermadan alınan heyvanlar, zooparkdan daşınan əmlak, heyvan yemi, rabitə vasitələri, maşın və avadanlıqlar, həmçinin zoopark və fermanın ərazisindəki nəqliyyat vasitələrinin icarə hüquqları daxildir”, - materialda deyilir.

Məlumata görə, zooparkı keçmiş və indiki işçilərdən ibarət assosiasiya alıb. Təşkilat heyvanlara qulluq üzrə öhdəliklərini yerinə yetirərək zooparkın fəaliyyətini davam etdirməyi planlaşdırır. 

Qeyd edək ki, obyekt 1973-cü ildə yaradılıb və 60 hektar ərazini əhatə edir. 2017-ci ildən 2024-cü ilə qədər zooparkda pandalar saxlanılırdı. Onlar ağır maliyyə vəziyyəti də daxil olmaqla, "şəraitlərin birləşməsi" səbəbindən Çinə qaytarıldılar.