Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Yeni il gecəsi milyonlar qazanacaqlar

Türkiyənin məşhur sənətçilərinin Yeni il gecəsində əldə edəcəyi qazanc məbləğləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, ən yüksək qonorar alacaq sənətçi Hadisə olacaq. Belə ki, o, iki fərqli məkanda səhnəyə çıxaraq ümumilikdə 20 milyon TL (810 min AZN) gəlir əldə etməklə rekorda imza atacaq.
“Gel Konuşalım” proqramında açıqlanan siyahıya görə, Yeni il gecəsində səhnə alacaq sənətçilərin aldıqları məbləğlər musiqi dünyasında dövr edən böyük maliyyə rəqabətini bir daha ortaya qoyub. Ebru Gündeş, Ajda Pekkan, Sibel Can, Kenan Doğulu və Yıldız Tilbe kimi sənətçilər milyonluq qonorarları ilə diqqət çəkiblər.
Məlumata əsasən, Ebru Gündeş yalnız Antalya şəhərindəki konsertindən 10 milyon TL (405 min AZN) qazanacaq. Sibel Can səhnəyə 8 milyon TL (324 min AZN) qarşılığında çıxacaq. Ajda Pekkan, Kenan Doğulu və Yıldız Tilbe isə hər biri 7 milyon TL (283 min AZN) qonorar alacaq.























































