Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
350 metr yüksəkdə stadion tikəcəklər

Səudiyyə Ərəbistanı 2034-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün rekord layihəyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, Bu barədə “Arab News” məlumat yayıb.
Məlumata görə, ölkə 350 metr hündürlüyündə səma stadionu – “Sky Stadium” inşa edəcək.
Layihə NEOM bölgəsində – ölkənin şimal-qərbində yaradılan “ağıllı şəhər”in mərkəzində həyata keçiriləcək. Stadionun təkcə çempionatın ən müasir idman arenası deyil, həm də turnirin simvolu olacağı bildirilir.
Məlumata görə, arena 46 min azarkeş üçün nəzərdə tutulub və tamamilə günəş və külək enerjisi ilə işləyəcək. Tikintinin 2027-ci ildə başlanması, 2032-ci ildə isə – Dünya Çempionatının startından əvvəl tamamlanması planlaşdırılır.




















































