Xəbər Lenti
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 11:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
30-06-2026, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
İsrail Qəzza zolağına zərbə endirdi - 11 ölü

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 11 nəfərə yüksəlib.
“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Fələstinin “HƏMAS” hərəkatına yaxın “Al Aqsa” telekanalı məlumat yayıb.
Bildirilir ki, hava hücumları hələ də davam edir. Qəzza şəhəri və sahilboyu yaşayış məntəqələri intensiv atəşə tutulub.
Bundan başqa, Qəzza zolağının şimal hissəsində yerləşən məcburi köçkünlərin məskunlaşma mərkəzi də hədəfə alınıb. Hücum nəticəsində ölən və yaralananlar barədə əlavə məlumat açıqlanmayıb.




















































