Xəbər Lenti
Dün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Dün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Dün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
30 Ekm 05:09Manşet / Şou-biznes
Məşhur aktyor müğənniliyə başlayır

Məşhur britaniyalı aktyor Robert Pattinson musiqi sahəsində özünü sınamağa qərar verib. “The Batman” ulduzu ASCAP platformasında yeddi mahnısını qeydiyyatdan keçirib.
“Qafqazinfo” xəbər verir ki, treklər arasında “Bent Out That Midnight Day”, “Best Friend” və “Fascinate” kimi adlar yer alır.
Pattinson bu layihədə köhnə dostu, musiqiçi Markus Foster ilə əməkdaşlıq edib. Qeyd edək ki, ikili daha əvvəl “Twilight” filminin saundtrekləri “Never Think” və “Let Me Sign” üzərində də birgə çalışmışdı.
Mahnıların albom və ya EP formatında təqdim olunacağı hələlik açıqlanmayıb, lakin bu addım aktyorun musiqiyə rəsmi dönüşü kimi qiymətləndirilir. Pattinson paralel olaraq “Die My Love” və “The Odyssey” kimi yeni film layihələri üzərində də çalışır.























































