Menu
Xəbər Lenti
Oyunun ən pisi o seçildi
28-10-2025, 04:51

Oyunun ən pisi o seçildi

Starmer Türkiyəyə gedir
27-10-2025, 06:24

Starmer Türkiyəyə gedir

30 Ekm 05:29Manşet / Dünya

BMT rəhbərliyinə namizəd olacaq

bmt-rehberliyine-namized-olacaq

Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) direktoru Rafael Mariano Qrossi 2026-cı ilin sonunda keçiriləcək BMT Baş Katibi seçkilərində iştirak edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Qrossi bu barədə Nyu-Yorkdakı BMT mənzil-qərargahında təşkil olunan mətbuat konfransında danışıb.

BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddətinin 2026-cı ilin sonunda başa çatacağı nəzərə alınaraq, Baş katib vəzifəsinə namizəd olub-olmaması barədə sual verildikdə, Qrossi “Bəli, Baş Katib vəzifəsinə namizəd olacağam. Bu sirr deyil və olmamalıdır” deyib.

O, həmçinin, qeyd edib ki, namizədliyi hazırkı IAEA direktoru vəzifəsinə təsir etməyəcək və Agentlikdəki fəaliyyəti onun “nə qədər yaxşı Baş katib ola biləcəyinin” göstəricisidir.

Qeyd edək ki, Antonio Quterreş BMT Baş Katibliyini iki müddət icra edib və onun mandatı 2026-cı ilin sonunda başa çatacaq.