Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Bu dəfə öz saytında mərc oynadacaq

ABŞ Prezidenti Donald Trampa məxsus “Truth Social” sosial şəbəkəsi yeni mərc sistemi istifadəyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Bildirilib ki, platformada artıq həm idman yarışları, həm də dövlət başçılarının seçkiləri ilə bağlı mərclər qəbul ediləcək.
Nəşrin yazdığına görə, Tramp heç bir məhdudiyyətə baxmadan gəlirini artırmaqda davam edir:
“ABŞ Prezidentinə məxsus “Truth Social” platforması indi həm idman oyunları, həm də seçkilərlə əlaqədar mərc imkanlarını işə salıb”.
Məlumatda həmçinin qeyd olunur ki, Trampa məxsus “Trump Media & Technology Group” şirkəti artıq cari hadisələrə mərc qəbuluna başladığını açıqlayıb.
Bildirilib ki, yeni funksiyanın məqsədi “Truth Social” platformasını daha çox istifadəçi üçün cəlbedici etmək və gəlirləri artırmaqdır.




















































