200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Pakistan və Əfqanıstan razılığa gəldi

Atəşkəs razılaşmasının əldə edilməsinin ardından Pakistan və Əfqanıstan nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər yekunlaşıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirliyin yazılı bəyanatında qeyd edilir ki, Əfqanıstan və Pakistan arasında 18–19 oktyabr tarixlərində Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsi məqsədilə 25–30 oktyabr tarixlərində İstanbulda dörd ölkənin iştirakı ilə görüşlər təşkil edilib.
Tərəflər atəşkəsin qorunub saxlanılması ilə bağlı razılığa gəliblər. Atəşkəsin icrasına dair əlavə məsələlər isə 6 noyabrda İstanbulda keçiriləcək yüksək səviyyəli toplantıda müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.























































