Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
III Çarlz qardaşının titullarını ləğv edir

Britaniya Kralı III Çarlz qardaşı Şahzadə Endryunun “Şahzadə” titulunu və bütün fəxri adlarını rəsmi şəkildə ləğv etmək prosesinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bukingem Sarayı yayıb.
Bildirilib ki, Endryuya Vindzordakı “Royal Lodge” malikanəsini tərk etməsi üçün rəsmi bildiriş göndərilib.
Kral ailəsindən verilən açıqlamada qeyd olunub ki, fəxri adların ləğvi ilə bağlı rəsmi prosedur bu gündən etibarən qüvvəyə minib və bundan sonra o, Endryu Mauntbatten-Vindzor adı ilə tanınacaq.
Bəyanatda vurğulanıb ki, qərar Şahzadə Endryunun ona qarşı irəli sürülən ittihamları inkar etməsinə baxmayaraq, zəruri hesab edilib.
“Kral və Kraliça hər cür zorakılıq və istismar qurbanlarına dərin simpatiyalarını bildirirlər”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, Endryu yaxın günlərdə Kral ailəsinə məxsus Sandrinham ərazisindəki bir mülkiyyətə köçəcək. Onun yaşayış xərclərinin Kral III Çarlz tərəfindən şəxsi vəsaiti hesabına qarşılanacağı bildirilib.
Qeyd edək ki, Şahzadə Endryu uzun müddətdir cinsi istismar cinayətlərində təqsirli bilinən amerikalı iş adamı Cefri Epsteynlə əlaqələri səbəbilə ictimai və media təzyiqi altındadır.























































