Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
Tramp nadir hədiyyəni Ronaldoya da verdi

Məlum olduğu kimi, Portuqaliya yığması və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının ulduzu Kriştianu Ronaldo və xanımı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu ABŞ lideri ilə görüşündən fotolar paylaşıb.
“Cənab prezident, sizin və birinci xanımın mənə, eləcə də, gələcək həyat yoldaşıma göstərdiyi səmimi dəvətə və qəbula görə təşəkkür edirəm. Hər birimizin təklif edəcəyi mənalı bir şey var, mən yeni nəsilləri cəsarət, məsuliyyət və davamlı sülh ilə müəyyən edilmiş gələcək qurmaq üçün ruhlandırmaqda üzərimə düşəni etməyə hazıram”, - Ronaldo qeyd edib.
Fotolarda Trampın ulduz futbolçuya Ağ Evin simvolik açarını verdiyi əks olunub.
Qeyd edək ki, ABŞ Prezidenti avqustda Vaşinqtonda səfərdə olan Azərbaycan lideri İlham Əliyevə də eyni hədiyyəni təqdim etmişdi. Tramp dəfələrlə onu nadir və qiymətli hədiyyə adlandırıb.
























































