Menu
Xəbər Lenti
Prezident açılışda
Bugün, 09:29

Prezident açılışda

Zelenski Türkiyədədir
19-11-2025, 08:59

Zelenski Türkiyədədir

Regionda yaranan yeni reallıq
19-11-2025, 08:20

Regionda yaranan yeni reallıq

Yadigar Muradov vəfat etdi
18-11-2025, 09:28

Yadigar Muradov vəfat etdi

22 Kas 11:27Manşet / Gündəm / Dünya

Bu ölkədə daşqınlar 55 nəfərin həyatına son qoydu

bu-olkede-dasqinlar-55-neferin-heyatina-son-qoydu

Bu həftə Vyetnamın mərkəzi bölgələrində güclü yağışlar nəticəsində baş verən daşqınlar ölkədə fəlakətə yol açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “VnExpress”in məlumatında deyilir.

Bildirilib ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 55 nəfərə yüksəlib, daha 13 nəfər isə itkin düşmüş sayılır.

Rəsmilərin açıqlamasına əsasən, daşqınlar böyük maddi ziyan vurub: 946 ev tamamilə dağılıb, təxminən 28 min 500 ev isə su altında qalıb.

Məlumata görə, yağışların intensivliyi azalsa da, bölgədəki bəzi çaylarda su səviyyəsi təhlükəli həddə qalmaqda davam edir. Hakimiyyət orqanları vəziyyətin hələ də ciddi təhlükə yaratdığını bildirir və sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər.