Menu
Xəbər Lenti
Çay deyil, meyvədir
Bugün, 05:37

Çay deyil, meyvədir

Prezident açılışda
22-11-2025, 09:29

Prezident açılışda

26 Kas 05:25Manşet / Cəmiyyət

“ChatGPT”dən daha bir - Yenilik

chatgptden-daha-bir

“OpenAI” “ChatGPT”nin növbəti yenilənmiş versiyasını ictimaiyyətə təqdim edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu versiyada istifadəçilərə həm məhsul seçimi, həm də bayram hədiyyələrinin müəyyənləşdirilməsi üçün xüsusi yardımçı funksiya təklif olunur.

Sistem sorğunu qəbul etdikdən sonra onu analiz edir və onlayn mağazalarda geniş araşdırma aparan fərdi alış-veriş bələdçisi yaradır.

İstifadəçi alış-veriş mövzusunda sual ünvanladığı anda “ChatGPT” avtomatik araşdırma rejiminə keçir, aydınlaşdırıcı suallar verir və əvvəlki yazışmalardakı məlumatları nəzərə alır. Bu yenilik xüsusilə elektronika, kosmetika, ev və mətbəx avadanlıqları, eləcə də, idman ləvazimatları kimi kateqoriyalarda daha yüksək nəticə göstərir. Sistemin yeni versiyası məhsullar arasında müqayisələr təqdim edir, qiymət və dəyər analizi aparır və ən aktual məlumatlara əsaslanan məsləhətlər verir.

İstifadəçilər bu prosesə ya sual verərək, ya da menyudan “alış-veriş araşdırması” seçimini aktivləşdirərək başlaya bilərlər. Hazırda sifarişi tamamlamadan ötrü müvafiq mağazanın saytına keçmək lazımdır, lakin gələcəkdə “Instant Checkout” adlı avtomatik sifariş funksiyası bu mərhələni də sadələşdirəcək.