"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
MDB ölkələri ilə vizasız rejimi ləğv edirlər

Moldova parlamenti MDB üzvü olan ölkələrin vətəndaşlarına vizasız səfər imkanı verən sazişin denonsasiyasını birinci oxunuşda qəbul edib.
“Qafqazinfo”nun məlumatına görə, bunu parlamentin sədri İqor Qrosu açıqlayıb.
Bildirilir ki, noyabrın 12-də Moldova hökuməti MDB çərçivəsində imzalanmış yeddi sazisin, o cümlədən, iştirakçı dövlətlərin vətəndaşlarının vizasız gediş-gəlişinə dair sənədin ləğv edilməsini təsdiqləyib.
MDB ölkələri vətəndaşlarının vizasız səfərlərinə dair həmin saziş 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanmışdı və onlara Moldovanın ərazisində 90 günədək vizasız qalmağa şərait yaradırdı.
Qanun layihəsinin müəllifləri bildiriblər ki, bu gün Moldovanın Tacikistan və Qırğızıstan istisna olmaqla, digər bütün MDB ölkələri ilə vizasız rejim barədə ikitərəfli razılaşmaları mövcuddur.






















































