"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Suriyada ABŞ hərbçilərinə silahlı hücum - Ölənlər var

Suriyanın Homs vilayətində yerləşən Palmira şəhəri yaxınlığında ABŞ Silahlı Qüvvələrinə qarşı silahlı hücum baş verib.
“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində iki ABŞ hərbçisi və bir amerikalı tərcüməçi həlak olub, daha üç hərbçi yaralanıb.
Rəsmi açıqlamada bildirilir ki, hücumun İŞİD yaraqlısı tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hücumçu cavab atəşi nəticəsində zərərsizləşdirilib.
Pentaqon nümayəndəsi qeyd edib ki, həlak olanların şəxsiyyəti yaxın qohumlarına məlumat verildikdən sonra açıqlanacaq. Yaralı hərbçilərin vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki, ABŞ hərbçiləri Suriyada İŞİD-ə qarşı beynəlxalq koalisiya çərçivəsində fəaliyyət göstərir. Son hadisə bölgədə təhlükəsizlik vəziyyətinin hələ də gərgin olaraq qaldığını göstərir.























































