Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Bloqer Ömrü Sultaninin müayinə üçün yollandığı xəstəxanada VƏFAT ETDİYİ iddia olunur
Sabah hava necə olacaq?

Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 70-75% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.





















































