Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Azərbaycan idmanı yeni zirvədə: Bakı şəhərinin 2026-cı il üçün Dünya İdman Paytaxtı seçilməsi və yeni inkişaf mərhələsi
PREZİDENT İLHAM ƏLİYEVİN AMEA‑NIN 80 İLLİK YUBILEYİ TƏDBİRİNDƏKİ ÇIXIŞINDA DİL MƏSƏLƏLƏRİ
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
Gülnara Həmidova: Milli birliyin və qələbənin memarına səmimi təbrik

“Merhemet.tv” informasiya portalının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülnara Həmidova Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Təbrikdə dövlət başçısının müdrik rəhbərliyi, prinsipial mövqeyi və xalqına sədaqətlə xidmət edən lider obrazı xüsusi vurğulanıb.
Gülnara Həmidova qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə mühüm tarixi mərhələlərdən keçərək güclü, müasir və qalib dövlətə çevrilib. Siyasi sabitliyin möhkəmlənməsi, iqtisadi inkişafın davamlı xarakter alması, sosial rifahın yüksəldilməsi və beynəlxalq arenada ölkəmizin nüfuzunun artması Prezidentin məqsədyönlü və uzaqgörən siyasətinin real nəticələridir. Onun sözlərinə görə, bu uğurlar xalq–iqtidar birliyinin bariz nümunəsidir.
Təbrikdə Müzəffər Ali Baş Komandanın Vətən müharibəsində göstərdiyi qətiyyət və liderlik xüsusi ehtiramla xatırlanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təmin olunması və milli qürurun bərpa edilməsi cənab İlham Əliyevin iradəsi, xalqın birliyi və Ordumuzun şücaəti sayəsində mümkün olub. Gülnara Həmidova bildirib ki, bu tarixi Qələbə yalnız hərbi uğur deyil, həm də dövlətçilik tariximizdə yeni bir səhifədir.
Gülnara Həmidova Prezident İlham Əliyevin humanitar sahəyə, mədəniyyətə, ədəbiyyata və mediaya göstərdiyi diqqəti də yüksək qiymətləndirib. Onun sözlərinə görə, yaradıcı insanların fəaliyyətinə verilən dəstək, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətin sağlam inkişafına mühüm töhfə verir. Media nümayəndələri üçün yaradılan əlverişli şərait isə söz azadlığı və peşəkar jurnalistikanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Təbrikdə eyni zamanda qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasəti daim insan amilini ön plana çəkir. Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, regionların sosial-iqtisadi inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkə vətəndaşlarının rifahına xidmət edir. Bu siyasət dövlətin gücünün onun vətəndaşlarına verdiyi dəyərdən qaynaqlandığını bir daha sübut edir.
Gülnara Həmidova təbrikinin sonunda cənab Prezidentə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ölkəmizin inkişafı naminə uğurlu fəaliyyət arzulayıb. O, Azərbaycan xalqının Prezidentinə olan etimadının sarsılmaz olduğunu və bu etimadın yeni-yeni nailiyyətlərlə doğruldulacağına inamını ifadə edib.
Eyni zamanda, Gülnara Həmidova Prezident İlham Əliyevi və dünya azərbaycanlılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edərək bildirib ki, bu əlamətdar gün milli birliyimizin, həmrəyliyimizin və ümumi gələcəyimizə olan inamımızın rəmzidir. Dövlət başçısının rəhbərliyi ilə bu həmrəylik daha da möhkəmlənir və Azərbaycanı daha parlaq sabaha aparır.
Yaşasın Prezidentim!
Merhemet.tv





















































