Menu
Xəbər Lenti
O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

02 Ock 10:41Manşet / Dünya

“İrandakı etirazçılara yardım etməyə hazırıq” - Trampdan xəbərdarlıq

irandaki-etirazcilara-yardim-etmeye-haziriq

ABŞ Prezidenti Donald Tramp hazırda İranda davam edən etiraz aksiyaları ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ İrandakı dinc etirazçılara yardım etməyə hazırdır: “Əgər İran dinc etirazçılara atəş açsa və onları qəddarlıqla öldürsə, hansı ki bu onların adətidir, ABŞ onların köməyinə gələcək. Biz tam hazırıq”.

Xatırladaq ki, İranda bir neçə gündür qiymətlərin kəskin artması və milli valyutanın dəyərinin enməsi fonunda hökumətə qarşı etirazlar müxtəlif şəhər və əyalətlərdə davam edir. Aksiyalar zamanı bir neçə etirazçının güllə yarası alaraq öldüyü bildirilir.