Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
Di Kaprio mükafatını onlayn aldı - Bu səbəbdən

Hollivud ulduzu Leonardo Di Kaprio Venesuelaya tətbiq olunan hava məhdudiyyətləri səbəbindən Palm-Sprinqs kinofestivalının qala-konsertində iştirak edə bilməyib.
“Qafqazinfo” xəbər verir ki, Di Kaprio “Döyüş ardınca döyüş” filmindəki roluna görə təqdim olunacaq “Desert Palm Achievement Award” mükafatını videobağlantı vasitəsilə qəbul edib.
Di Kaprio çıxışında kinonun kollektiv izlənmə təcrübəsinə diqqət çəkərək deyib: “Filmlər hələ də birlikdə izlənilmək üçün nəzərdə tutulub. İndi bu əminlik hər zamankından daha vacibdir”.
Qeyd edək ki, “Oskar” mükafatçısı hazırda Sen-Bartelemi adasında olduğu üçün bölgədəki uçuş məhdudiyyətlərinə görə Palm-Sprinqsə səfər edə bilməyib. Hava limanı “X” platformasında yaydığı açıqlamada reyslərin gecikdiyini təsdiqləyib.





















































