Xəbər Lenti
4-01-2026, 10:19
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
3-01-2026, 09:14
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
3-01-2026, 08:58
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
Onların azad edilməsi məqsədilə xüsusi komissiya yaradıldı

“Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floresin azad edilməsi məqsədilə xüsusi komissiya yaradıb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Venesuelanın informasiya və kommunikasiya naziri Freddi Nyanes deyib.
O bildirib ki, müvafiq komissiyaya Milli Assambleyanın sədri Xorxe Rodrigez rəhbərlik edəcək.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək ölkədən çıxarılıb.





















































