“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Messi təqaüdə çıxdıqdan sonra bu işlə məşğul olmaq istəyir

Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu Lionel Messi təqaüdə çıxdıqdan sonrakı planlarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Argentinanın LUZU TV kanalına danışan 38 yaşlı ulduz futbolçu təqaüdə çıxdıqdan sonra futbolda hansı rolu seçəcəyini ilk dəfə açıqlayıb.
O, məşqçi olmağı planlaşdırmadığını, əsas hədəfinin isə klub sahibi olmaq olduğunu bildirib.
Messi məşqçiliyin ona uyğun olmadığını vurğulayıb:
“Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Məşqçi olmaq fikri xoşuma gəlir, amma seçim etməli olsaydım, klub sahibi olmağı üstün tutardım.
Öz klubuma sahib olmaq və onu aşağıdan yuxarıya doğru inkişaf etdirmək, gənc futbolçulara və digər insanlara böyümək, irəliləmək və önəmli nəsə əldə etmək imkanı yaratmaq istəyirəm. Məni ən çox cəlb edən də məhz budur”.























































