"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Yaşlılar üçün stresi azaltmağın yolu

Yuxuya getməzdən əvvəl yataq otağınıntemperaturunun 24°C civarında olması yaşlı adamlarda stresi azalda bilər.
Oxu.Az xəbər verir ki, Qriffit Universitetinin tədqiqatçılarının gəldiyi bu nəticə "BMC Medicine" jurnalında dərc edilib.
Tədqiqatda 65 yaşdan yuxarı avstraliyalılar iştirak ediblər. Yay boyunca alimlər iştirakçıların yataq otaqlarındakı temperaturu sensorlar vasitəsilə, fizioloji göstəriciləri isə biləyə taxılan fitnes izləyiciləri ilə davamlı izləyiblər. Təhlillər nəticəsində məlum olub ki, gecə otaq temperaturu təxminən 24°C olduqda, yuxu zamanı stres reaksiyası daha aşağı olur.
Tədqiqatçılar bildiriblər ki, bədən həddindən artıq isinibsə, ürək dəriyə qan axınını artırmaq və orqanizmin soyumasını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Bu hal xüsusən də gecəboyu davam edərsə, bədənin tam şəkildə sağalmasına mane olur və fizioloji stres səviyyələrini artırır.






















































