Menu
Xəbər Lenti
Şamaxıda zəlzələ oldu
11-01-2026, 07:43

Şamaxıda zəlzələ oldu

15 Ock 10:06Manşet / Gündəm / Sosial

Milli söz və elmin zirvəsində bir ömür – Şəddat Cəfərovun 86 İllik şərəfli yolu

 

Azərbaycan ədəbiyyatının və elminin görkəmli nümayəndəsi, ölkəmizin ilk poliqrafçı alimi, tanınmış yazıçı və ziyalı Şəddat Muğdat oğlu Cəfərovun 86 yaşı tamam olur. Bu əlamətdar gün təkcə bir insan ömrünün deyil, bütöv bir elmi-ədəbi məktəbin, milli düşüncə və mədəniyyətə xidmətin təntənəsidir.


Şəddat Cəfərov Azərbaycan poliqrafiya elminin əsasını qoymuş, bu sahəni elmi sistemə çevirən ilk alim kimi tarixə düşmüşdür. Onun elmi araşdırmaları, dərslik və monoqrafiyaları uzun illər ali məktəblərdə istifadə olunmuş, yüzlərlə mütəxəssisin yetişməsində mühüm rol oynamışdır. Poliqrafiya sahəsində apardığı tədqiqatlar milli mətbuatın, kitab nəşrinin və informasiya mədəniyyətinin inkişafına dəyərli töhfələr vermişdir.


Ulu Öndər Heydər Əliyev uğurlu siyasətinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin daxili və xarici siyasətini daima dəstəkləmiş, şəhid ailələri, Vətən müharibəsi əlilləri və iştirakçılarına diqqət və qayğı göstərmişdir.


Alimliyi ilə yanaşı, Şəddat Cəfərov həm də dərin düşüncəli yazıçı, sözün məsuliyyətini daşıyan qələm sahibidir. Onun bədii və publisistik əsərlərində vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq, insan talelərinə həssas yanaşma açıq şəkildə hiss olunur. O, qələmi ilə cəmiyyətin problemlərinə işıq tutmuş, oxucunu düşündürən, maarifləndirən əsərlər ərsəyə gətirmişdir.


Şəddat müəllim uzun illər gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş, ziyalı mövqeyi, təvazökarlığı və prinsipiallığı ilə ətrafında böyük hörmət qazanmışdır. Onun ömür yolu bugünkü gənclər üçün əsl nümunə, elmə və sözə sədaqətin parlaq göstəricisidir.


Bu əlamətdar yubiley münasibətilə hörmətli Şəddat Muğdat oğlu Cəfərovu ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy, zəngin elmi və ədəbi irsi daim yaşasın və gələcək nəsillərə işıq saçsın.


 

Müəllif: “Xezertv.info”nun icraçı direktoru Nail Adıgözəlov