Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

17 Ock 08:03Manşet / Gündəm / Sosial

Sərxan xəstəxanadan, Gözəlov sınaqdan çıxdı…

serxan-xestexanadan-gozelov-sinaqdan-cixdi

“O gün küçələr yenə öz adi həyatını yaşayırdı. Heç kim bilmirdi ki, taleyin görünməz tərəzisində bir uşağın nəfəsi ilə bir insanın vicdanı qarşı-qarşıya dayanacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev 10 yaşlı Sərxanın xəstəxanadan çıxış görüntülərini paylaşaraq yazıb.

“Polis polkovnik-leytenantı Müşviq Gözəlov hadisəni görəndə xidmətdə idi, amma onun ani qərarı oldu. O, xilas etməyə tələsirdi. Heç qəza törədənlərlə maraqlanmadı. Daha vacib olan həyat idi.

Təcili yardımı gözləmədən uşağı xidməti avtomobillə xəstəxanaya çatdırdı. Valideynləri gələnədək tibb personalının yanında dayandı, reanimasiyanın qapısı önündə sükut kimi dikildi.

O dəqiqələrdə biz o uşağın adını bilmirdik. Ad bəlkə də ən xırda şey idi. Əsas olan bir insan ömrünün sönməməsi idi. Hər zəngimizdə eyni cavabı eşidirdik:

— Burdayam… nə lazımdırsa edirik.

Bu cümlə bir raport deyildi, vicdanın səsi idi. Bəzən bir insanın taleyi məhz belə sakit cümlələrdən başlayır.

O gün anladım ki, polis forması təkcə səlahiyyət deyil, mərhəmət libasıdır. M.Gözəlovun orada etdikləri mənə kitabların öyrətmədiyi həqiqəti göstərdi ki, bəzən bir insanın vaxtında atdığı addım bütöv taleyi dəyişir.

O səhnəni seyr edərkən qəribə bir qürur duydum. Sanki qaranlıq küçənin ortasında kiçik bir işıq yandı, insanlıq işığı. Və başa düşdüm ki, nə yaxşı, ordan polis keçirdi…”, - deyə o, paylaşımında qeyd edib.