Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Dün, 08:17

Neftimiz bahalaşdı

FƏDAKAR ALİM ÖMRÜ
15-01-2026, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

18 Ock 11:11Manşet / Sosial

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanılıblar

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanılıblar

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının keçirdiyi kompleks əməliyyat nəticəsində Banqladeş, Türkiyə, Özbəkistan, Azərbaycan və Mərakeş vətəndaşları olan 14 əcnəbi saxlanılıb.

Oxu.Az Interpressnews.ge-yə istinadən xəbər veirir ki, Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərin ölkədə qanuni əsaslar olmadan qaldıqları müəyyən edilib. Onların sığınacaq verilməsi proseduru ilə bağlı nəzərdə tutulmuş şərtləri pozduqları və bir neçə il ərzində ölkədə qeyri-qanuni yaşadıqları bəlli olub.

"Saxlanılan şəxslər ölkəni könüllü tərk etməyi nəzərdə tutan qərarla müəyyən edilmiş müddətdən yararlanmayıblar. Nəticədə DİN-in Miqrasiya Departamenti həmin şəxslərin saxlanılması barədə qərar qəbul edib. Qərarın icrasını təmin etmək üçün saxlanılan şəxslər hazırda Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar və onların mənsub olduqları ölkələrinə geri qaytarılması planlaşdırılır" , - deyə məlumatda vurğulanır.