Məhəmməd Musayev – işinin peşəkarı, dövlətə sədaqət andı və əsl vətəndaş mövqeyinin simvoludur
Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
Pişiklə danışmaq normaldır? - Psixiatrdan maraqlı açıqlama

Pişiklə danışmaq bir çox ev heyvanı sahibinə tanış olan vərdişdir.
Bu cür "dialoq" özlüyündə hər hansı psixoloji pozuntu əlaməti hesab edilmir və əksər hallarda insanın stres və narahatlıqla mübarizə aparmasına kömək edir.
Oxu.Az bildirir ki, bu barədə rusiyalı psixiatr Lidiya Kuderinova AİF.ru nəşrinə danışıb.
Onun sözlərinə görə, daxili rahatlığın və mənəvi tarazlığın qorunmasında ev heyvanları ilə qarşılıqlı əlaqə son dərəcə mühüm rol oynayır. Mütəxəssis bildirib ki, insan üçün bu cür "dialoq" güclü emosional rahatlama vasitəsidir:
"Pişiklə ünsiyyət narahatlıq səviyyəsinin azalmasına və stresə davamlılığın artmasına kömək edir. Çünki pişik həmişə sahibini "başa düşəcək" və "dinləyəcək". Bu, insanın içindəki duyğuları dilə gətirməsinin təhlükəsiz üsuludur", - deyə Lidiya Kuderinova qeyd edib.
Həkimlərin fikrincə, pişiklə ünsiyyət yalnız sahibi üçün deyil, həm də heyvanın özü üçün faydalıdır. Psixoterapevt Yuri Vyalba bildirib ki, bu cür söhbətlər ev heyvanında təhlükəsizlik hissini gücləndirir və sahibi ilə emosional əlaqəni möhkəmləndirir. Bu isə xüsusilə tənha yaşayan yaşlı insanlar üçün böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər vurğulayırlar ki, əgər heyvanlarla ünsiyyət tam şəkildə insanlarla danışığı əvəz edirsə, bu halda narahatlığa əsas ola bilər. Digər bütün hallarda isə pişiklə söhbətlər emosional dəstəyin və psixoloji rahatlığın normal və sağlam forması hesab olunur.























































