Menu
Xəbər Lenti
Bir dəqiqəlik sükut...
20-01-2026, 09:21

Bir dəqiqəlik sükut...

Şəmkir sakini bıçaqlandı
18-01-2026, 11:26

Şəmkir sakini bıçaqlandı

22 Ock 07:06Manşet / Dünya

Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu

Yük maşını sürücülərinin qorxulu yuxusu: Avropanın ən stresli şəhərləri məlum oldu

Beynəlxalq nəqliyyat mobilliyi üçün rəqəmsal həllər təqdim edən SNAP şirkəti Avropada ağırtonnajlı nəqliyyat vasitələrinin (HGV) sürücüləri üçün ən stresli şəhərlərlə bağlı məlumatları açıqlayıb.

Oxu.Az bildirir ki, bu barədə "Cittimagazine" nəşri xəbər yayıb.

Tədqiqat çərçivəsində 2025-ci ildə Avropanın 150 şəhərindən sürücülük mövzusu və geoteqlərlə bağlı sosial şəbəkələrdə paylaşılan 14 milyondan çox postda stres səviyyəsi təhlil edilib.

Araşdırmaya görə, Avropanın ən stresli şəhəri Liverpul olub. Geniş yayılmış bir istiqamətli yol sistemi, böyük tıxaclar və Strend küçəsində davam edən təmir işləri səbəbindən son 12 ayda paylaşımların 60.5%-ində şəhərdə stresli sürücülükdən bəhs edilib. Praqa 59.2% göstərici ilə ikinci yerdə qərarlaşıb. Dublin isə 58.5% nəticə ilə üçüncü yeri tutub.

SNAP bildirir ki, sürücülər üçün stresli şəraitin formalaşmasına müxtəlif amillər səbəb ola bilər. Bunlara tıxaclar, aşağı emissiyalı zonalar, dar küçələr və qeyri-adekvat yol nişanları daxildir.