Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
24 Ock 07:39Manşet / Şou-biznes
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu

Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli olub.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu qərar aktyorun qadağan olunmuş maddə analizlərinin nəticəsinin müsbət çıxmasından sonra qəbul edilib.
Ötən həftə məşhurlara qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan Güngördən saç və qan nümunələri götürülüb və analizlərin nəticəsi müsbət çıxıb.
Serialın tanıtım materiallarından Güngörün görüntüləri çıxarılıb, çəkiliş qrupu yeni Fatih Ünal obrazı üçün axtarışlara başlayıb.























































