Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
ABŞ-də federal hökumət qismən əməliyyatları dayandırdı

ABŞ-də yanvarın 31-nə keçən gecə (Bakı vaxtı ilə səhər 9:00) maliyyə çatışmazlığı səbəbindən federal hökumət işlərini qismən dayandırıb (şatdaun). Problemin gələn həftənin əvvəlində həll ediləcəyi gözlənilir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yanvarın 30-da Senat (ABŞ Konqresinin yuxarı palatası) Pentaqon, Dövlət Departamenti, Maliyyə, Əmək, Səhiyyə və bir sıra digər federal qurumlar da daxil olmaqla əksər federal qurumlar üçün maliyyələşdirməni nəzərdə tutan qanun layihələri paketini təsdiqləyib. Proses sentyabrın 30-da başa çatacaq. Lakin Demokrat Partiyası nümayəndələrinin təkidi ilə Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) maliyyələşdirilməsi paketdən çıxarıldığı üçün Senat tərəfindən qəbul edilən qanun layihələri Nümayəndələr Palatası tərəfindən də təsdiqlənməlidir.
Bundan sonra imzalanması üçün Prezident Donald Trampa göndəriləcək.
Konqresin aşağı palatası fevralın 2-də işə qayıdacaq. Buna görə də, maliyyələşdirmə qanun layihələrini qəbul edərsə və Tramp onları həmin gün imzalayarsa, proses fevralın 2-də başa çata bilər. Bunun daha uzun çəkməsi mümkündür.
Qeyd edək ki, Demokrat Partiyasının nümayəndələri Minneapolisdə (Minnesota) ABŞ vətəndaşının Sərhəd Patrul Xidmətinin əməkdaşı tərəfindən açılan atəş nəticəsində öldürülməsindən sonra DTN-in maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin yenidən nəzərdən keçirilməsini tələb edirlər. Nazirliyin maliyyələşdirməsi hazırkı səviyyədə iki həftəlik uzadılacaq və İmmiqrasiya və Gömrük Xidməti (ICE) üzrə islahatlarla bağlı danışıqlar aparılır.






















































