Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Məşhur aktyor vəfat etdi

90-cı illərin məşhur serialı “Dawson’s Creek”də Doson Liri rolu ilə tanınan amerikalı aktyor Ceyms Van Der Biik 48 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı aktyorun həyat yoldaşı Kimberli Van Der Biik yayıb.
Onun açıqlamasında bildirilir ki, aktyor u səhər dinc şəkildə vəfat edib və son günlərini cəsarət, iman və ləyaqətlə qarşılayıb. Ailə bu çətin dönəmdə ictimaiyyətdən məxfilik və anlayış göstərmələrini istəyib.
Aktyor uzun müddətdir üçüncü mərhələ yoğun bağırsaq (kolorektal) xərçəngi ilə mübarizə aparırdı.
Van Der Biik 2024-cü ilin noyabrında ona bu diaqnozun qoyulduğunu ictimaiyyətə açıqlamışdı. Müalicə aldığı müddətdə sosial media hesablarında paylaşım edən aktyor pərəstişkarlarına ümid və təşəkkür mesajları ünvanlayırdı.
Ceyms Van Der Biik karyerası ərzində “Varsity Blues” və “The Rules of Attraction” kimi filmlərdə də rol alıb. O, həyat yoldaşı və 3-13 yaş aralığında olan altı övladını geridə qoyub.























































