Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

16 Şub 11:08Manşet / Gündəm / Sosial

"Melodiya Hall" vətəndaşları belə aldadıb? - VİDEO

 

"Melodiya Hall" adlanan şadlıq evinin vətəndaşları aldatmaqla məşğul olması barədə vətəndaş şikayəti var.


“İfadetv.com”-a daxil olan şikayətə görə həmin şadlıq evində təmtəraqlı ad günü keçirmək istəyən vətəndaş ödədiyi yüksək məbləğ qarşılığında keyfiyyətsiz xidmətlə üz üzə qalıblar.


Pis qoxusundan yemək mümkün olmayan yeməklər, masaların və restoranın çirkabı adamın ürəyini bulandırır.


Bundan əlavə restoran rəhbərliyi məclisdə


Aygün Rəcəbli,  Aytən Əkbər, Nazli, Rövsanə Qarabağlı,


Aytac Gürcüstanlı və "Sevgilim" qrupunun ifa edəcəyini və ödənişə yansıdığını qeyd etsə də bunlardan yalnız biri məclisdə ifa edib.


Ən maraqlısı isə aşbaz xidməti olan restoranda kababları bişirməyə kababçı olmamasıdır. Kababları bişirməyə işçi tapa bilməyən şadlıq evi ətləri masanın üstünə buraxıb kababları ad günü sahibinin öhtəsinə buraxıb. Xoş günü qara günə çevrilən vətəndaş da məcbur qalıb qohumlarının köməyi ilə məclisin kabab məsələsini həll etməli olub.


Belə bir restoranın fəaliyyəti aidiyyəti qurumlar tərəfindən niyə araşdırılmır? Əgər iddia edilən qədər restoran çirkab yuvasıdırsa aidiyyəti qurumlar hansısa vətəndaşın restoranda zəhərlənməsini gözləyir görəsən?


Aidiyyəti orqanları iş başına dəvət edir, "Melodiya Hall" restoranının yoxlanılmasını, aşkar edilərsə problemlərin həlli istiqamətində işlər görülməsinə dəvət edirəm.


Xatırladaq ki, restoranın sahibi soyadını bilmədiyimiz Eyvaz adlı şəxsdir.


Restorandan çəkilən görüntüləri təqdim edirik. Göründüyü kimi vətəndaşın iddiasına görə verilən ətlər də mənşəyi məlum olmayan ətlərdir.


Gerisi aidiyyəti orqanların ümidinə qalıb...


Qarşı tərəfin mövqeyini tanıyırıq.