“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Tramp: "ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb"
"ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "X" hesabında videomüraciət paylaşıb.
"Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır. İranın hərəkətləri ABŞ qoşunlarına və ölkəmizin xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Biz onların donanmasını tamamilə məhv edəcəyik", - deyə ABŞ lideri bildirib.
Amerika lideri bəyan edib ki, İrana qarşı əməliyyat onun nüvə və raket proqramlarına yönəlib. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağına əmin edib.
Bundan əlavə, Tramp İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) silahı yerə qoymağı əmr edib. O söz verib ki, "onlarla ədalətli rəftar olunacaq və tam toxunulmazlıq veriləcək, əks halda onları qaçılmaz ölüm gözləyir".
ABŞ prezidenti, həmçinin iranlıları sığınacaqda qalmağa çağırıb, çünki "bombalar hər yerə düşəcək".























































