Menu
Xəbər Lenti
O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

17 Mrt 06:51Manşet / Dünya

Pakistan Kabilə zərbə endirdi - 400 ölü

pakistan-kabile-zerbe-endirdi

Pakistan ordusu Əfqanıstanın paytaxtı Kabilə hava zərbəsi endirib. 

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumatlara görə, ən azı 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Hadisəni “Taliban” sözçüsü təsdiqləyib və bildirilib ki, Kabildəki reabilitasiya mərkəzi hədəf alınıb. Hazırda mərkəzdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Pakistan tərəfi xəstəxana hücumu iddialarını rədd edir və vurğulayır ki, yalnız “Taliban”a aid hərbi hədəflərə dəqiq zərbələr endirilib.

Qeyd edək ki, münaqişə fevral ayının sonunda Pakistanın Əfqanıstana açıq müharibə elan etməsindən sonra daha da gərginləşib. Hər iki tərəf sərhəd bölgələrində qarşılıqlı hücumlar həyata keçirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında oxşar gərginlik yaşanmış, tərəflər atəşkəsin şərtlərini müzakirə etmək üçün 2025-ci ilin noyabrında İstanbulda görüşmüş, lakin danışıqlar uğursuz olmuşdu. İslamabad hökuməti Pakistan “Taliban”ının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia edir, Əfqanıstan hökuməti isə bu iddiaları rədd edir.