Menu
Xəbər Lenti
16 oyunda 68 qol vuruldu
19-03-2026, 09:35

16 oyunda 68 qol vuruldu

24 Mrt 13:50Manşet / Gündəm / Cəmiyyət

Məşhur KVN-çi Elnur Məmmədov ÖLDÜ

 

"Parni iz Baku" KVN komandasının qurucularından biri və baş müəllifi Elnur Məmmədov dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Axar.az-a "Bu şəhərdə" komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, E.Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, E.Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan "Parni iz Baku" KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çinin formalaşmasında rolu olub.

1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan Elnur Məmmədov illərdir tüfeyli həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.

Məşhur KVN-çi Elnur Məmmədov ÖLDÜ - FOTO